Sumqayıtın əksər ərazilərində qaz olmayacaq

Sumqayıtın əksər ərazilərində qaz olmayacaq
01 Okt 2024 20:46

Sumqayıt şəhəri, Qurd dərəsi (kanalüstü) və Dənizkənarı (Novxanı hissəsi) ərazilərin qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrası olaraq, Saray körpüsü ətrafında yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək.


Bu barədə news365.az-a "Azəriqaz" İB-dən bildirilib.


Qeyd olunub ki, bu məqsədlə 02.10.2024-cü il saat 11:00-dan işlər yekunlaşanadək “Şəhər-4” orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.


Təmir-quraşdırma işləri görülən müddətdə Sumqayıt şəhərinin Novruz, Təzə və Köhnə Corat qəsəbələrinin, Novxanı, Qurd dərəsi, Corat və Saray bağlarının, 11-12-13-17-ci və18-ci mikrorayonların bir hissəsinin, 20-ci və 21-ci mikrorayonların, eləcə də 47, 48, 49, 51, 52, 53-cü məhəllələrin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Youtube kanalımız

Oxşar xəbərlər