Sumqayıtda ağır qəza: ölən var

Sumqayıtda ağır qəza: ölən var
14:31

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə bu gün saat 08:05-də şəhərin F.Həşimov küçəsində qeydə alınıb.

"KIA Forte" markalı, 77-FY-228 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında olan 1994-cü il təvəllüdlü Fikrət Fikrət oğlu Yunis yolu keçmək istəyən piyada 1961-ci il təvəllüdlü Xəqani Müzəffər oğlu Məmmədovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada