"Məntiqin Bitdiyi Yerdə Güc Dilindən İstifadə Edəcəyik" - Məhəmməd Baqir Qalibaf

"Məntiqin Bitdiyi Yerdə Güc Dilindən İstifadə Edəcəyik" - Məhəmməd Baqir Qalibaf
15:32

İran İslam Şurası Məclisinin (parlament) sədri və ölkənin danışıqlar nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf bəyan edib ki, ABŞ "İslamabad Anlaşma Memorandumu" üzrə öhdəliklərinə əməl etməsə, Tehran yenidən müharibəyə başlamağa hazırdır.

"Mizan" informasiya agentliyinə istinadən verilən məlumata görə, parlament sədri Fars körfəzində son günlər yaşanan hadisələri münaqişəyə son qoyan rəsmi razılaşmanın pozulması kimi qiymətləndirib.

"Məntiqin bitdiyi yerdə güc dilindən istifadə edəcəyik"

Qalibaf mövzu ilə bağlı mövqeyini bu sözlərlə ifadə edib:

"Son bir neçə gecə ərzində Fars körfəzində baş verən insidentləri müharibəni bitirən anlaşmanın pozulması hesab edirik və onlara mütləq cavab verəcəyik. Biz hazırda dialoq tərəfdarıyıq, lakin danışıqlar yolu ilə öhdəliklərini yerinə yetirməkdən imtina etsələr, müharibəyə hazırıq. Məntiqin və memorandumun dilinin aciz qaldığı hər yerdə güc dilindən istifadə edəcəyik."

İran rəsmisi həmçinin əlavə edib ki, ölkənin raket proqramı və "Müqavimət Oxu" kimi məsələlər müzakirə mövzusu ola bilməz.

News365.az


Sizin reklam burada
Sizin reklam burada