İsti Havada Böyük Təhlükə: Günvurmanın Bu Əlamətlərinə Diqqət Edin!

İsti Havada Böyük Təhlükə: Günvurmanın Bu Əlamətlərinə Diqqət Edin!
15:34

Yay aylarında anomal bürkü və isti hava şəraiti insan sağlamlığı üçün ciddi risklər yaradır. Günvurma halları isə vaxtında müdaxilə edilmədikdə faciə ilə nəticələnə bilər. 

News365.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev qurumun canlı yayımında bu mövzu ilə bağlı əhaliyə çox vacib xəbərdarlıqlar edib. 

"Məntiqin Bitdiyi Yerdə Ağır Fəsadlar Başlayır" Həkim-terapevt bildirib ki, günvurmanın ilkin simptomlarını sıradan bir narahatlıq hesab edib qətiyyən laqeyd yanaşmaq olmaz. Çünki kiçik bir diqqətsizlik orqanizmdə geri dönməz proseslərə yol aça bilər:  "Əgər vətəndaş orqanizmindəki siqnalları vaxtında hiss edib həkimə qaçmazsa və ya ətrafdakılar ona düzgün ilkin tibbi yardım göstərməzsə, bədəndə qıcolmalar başlaya, tənəffüs sistemi sıradan çıxa bilər. Hətta iş o yerə çatır ki, xəstədə huşun itməsi və ürək dayanması qeydə alınır. Bu isə birbaşa ölüm deməkdir". 

Hər Kəs Bu Qaydaları Bilməlidir! Zakir Quliyev vurğulayıb ki, ekstremal hava şəraitində hər bir fərd həm özünün, həm də yaxınlarının təhlükəsizliyinə cavabdehdir. Günvurma əlamətləri müşahidə olunduğu an dərhal ilkin reanimasiya və yardım tədbirlərinə başlanılmalıdır.

  "Unutmaq olmaz ki, ilkin müdaxilədən sonra zərərçəkənin vəziyyəti normallaşmırsa, vaxt itirmədən onu xəstəxanaya çatdırmaq və peşəkar tibbi müalicəsini təmin etmək şərtdir", — deyə ekspert qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada