“Biznesmenlər
siyasətə gələndə iqtisadi qanunları siyası manevrlərlə idarə etməyə çalışırlar,
amma bu günə qədər kimsə buna nail ola bilməmişdir. Çünki iqtisadiyyatın öz
qanunları var, ana təbiət kimi”.
Bu fikirləri
iqtisadçı Eldəniz Əmirov deyib.
O, əlavə
edib ki, Tramp yanacaq satıcılarından
benzinin qiymətlərini dərhal endirməyi tələb edib:
“İlk
baxışdan bu istehlakçının maraqlarını müdafiə edən sərt mövqe kimi görünür.
Amma iqtisadi baxımdan məsələ bu qədər sadə deyil.
Tramp uzun
illər bizneslə məşğul olmuş adamdır. O, çox yaxşı bilir ki, dünya bazarında
neftin qiyməti enən kimi benzinin pərakəndə satış qiyməti avtomatik və eyni sürətlə
ucuzlaşmır. Çünki son qiyməti təkcə xam neft müəyyən etmir. Emal xərcləri,
logistika, vergilər, ehtiyatların maya dəyəri və satış marjası da qiymətin
formalaşmasında mühüm rol oynayır və zamanla qiymət üzərinə oturur və ya
buxarlanır.
Əgər bazarda
rəqabət pozuntusu və ya süni qiymət artımı varsa, dövlətin bunu araşdırması
tamamilə normaldır. Ancaq "qiymətləri dərhal endirin" tipli ultimativ
çağıırış bazar iqtisadiyyatının məntiqindən daha çox siyasi ritorika təsiri
bağışlayır.
Məncə, Tramp
bunları bilmədiyi üçün deyil, əksinə, çox yaxşı bildiyi halda bu cür çıxışlar
edir. Məqsəd iqtisadi mexanizmləri dəyişməkdən daha çox, cəmiyyətə "qiymətlərin
aşağı düşməsi üçün mübarizə aparıram" mesajını çatdırmaqdır”.
News365.az