Starmerin siyasəti Böyük Britaniyada inqilaba səbəb ola bilər - İDDİA

Starmerin siyasəti Böyük Britaniyada inqilaba səbəb ola bilər - İDDİA
18:00

Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev Böyük Britaniyanın baş naziri Kir Starmerin siyasətini tənqid edib.

News365.az xəbər verir ki, Dmitriyev sosial şəbəkədə paylaşımında Starmerin uğursuz siyasətinin Böyük Britaniyada gözləniləndən daha tez inqilaba səbəb ola biləcəyini bildirib.

Rusiya rəsmisi bu fikirləri Starmerin Belfastda baş vermiş bıçaqlı hücumdan sonra yaranan zorakılıq hadisələrini pisləyən paylaşımına cavab olaraq səsləndirib.

Məlumata görə, Belfastda Somali əsilli olduğu ehtimal edilən şəxsin törətdiyi bıçaqlı hücum nəticəsində bir nəfər xəsarət alıb.

Qeyd edək ki, Kirill Dmitriyev daha əvvəl də Kir Starmerin siyasətini tənqid edib. O, Britaniya hökumətinin enerji və miqrasiya siyasətinin ölkə vətəndaşlarının həyatına mənfi təsir göstərdiyini iddia edib.


Sizin reklam burada
Sizin reklam burada