Cibə Uyğun və Keyfiyyətli İstirahət: İdeal Yay Marşrutları AÇIQLANDI

Cibə Uyğun və Keyfiyyətli İstirahət: İdeal Yay Marşrutları AÇIQLANDI
17:56

Yay mövsümünün gəlişi, məktəb və universitetlərdə tətilin başlamşı, eləcə də məzuniyyət dövrünün açılması Azərbaycanda daxili turizmə marağı kəskin artırıb. Əhalinin böyük hissəsi istirahət üçün bölgələrə üz tutur. Bəs həm cibə uyğun, həm də keyfiyyətli istirahət üçün hansı marşrutlar daha əlverişlidir?

Məsələ ilə bağlı turizm üzrə ekspert Cəfər Qarayev News365.az-a  bildirib ki, əvvəlki illərlə müqayisədə müəyyən azalma müşahidə edilsə də, ölkədaxili turizmdə canlılıq qorunur.

Paytaxt Sakinlərinin Əsas Marşrutları

Ekspertin sözlərinə görə, şəxsi avtomobillə səyahət edənlər üçün əsas şərt keyfiyyətli yol infrastrukturu və sərin iqlimdir:

"Bakı sakinləri daha çox şimal, şimal-qərb və cənub istiqamətlərinə üstünlük verirlər. Yolların rahatlığı, eyni zamanda dağ, meşə, çay və sərin hava yay istirahətini daha cəlbedici edir. Bu baxımdan Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ və cənub zonasının rayonları liderlik edir."

Ailələr və Gənclər Üçün Fərqli Seçimlər

C.Qarayev vurğulayıb ki, istirahət növü seçilərkən yaş və maraqlar nəzərə alınmalıdır:

  • Ailələr üçün: Sakit mühiti olan, uşaqlar üçün əyləncə imkanları təklif edən məkanlar;

  • Gənclər üçün: Aktiv istirahət və əyləncə mərkəzləri ilə zəngin Nabran, Xaçmaz, Şahdağ və Qəbələ.

Ekspert mənzil və ya otel bron edərkən rəyləri oxumağı, sosial şəbəkələrdəki qiymətləndirmələrə diqqət yetirməyi və yerli turizm şirkətləri ilə işləməyi tövsiyə edib.

Ən Sərfəli və Sərfəli-Xidmət Balansı Olan Bölgələr

Digər turizm eksperti Rəhman Quliyev isə qiymət və xidmət keyfiyyəti baxımından ən ideal rayonların adlarını açıqlayıb. Ekspertin fikrincə, hazırda Qax, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar və Lənkəran həm xidmət səviyyəsi, həm də qiymət balansına görə turistlər üçün en sərfəli istiqamətlər sayılır.


Sizin reklam burada
Sizin reklam burada