Türkiyənin xarici işlər naziri Hakan Fidan və ukraynalı həmkarı Andriy Sıbiha arasında telefon danışığı baş tutub.
News365.az xarici mediaya istinadən xəbər verir ki, diplomatik mənbələrdən verilən məlumata görə, tərəflər müzakirə zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti və Qara dənizin təhlükəsizliyi məsələlərini diqqət mərkəzində saxlayıblar.
Qeyd edək ki, bu telefon danışığı Hakan Fidanın Kiyevə etdiyi rəsmi səfərdən bir həftə sonra reallaşıb. Kiyev səfəri çərçivəsində H. Fidan ikitərəfli dialoqun möhkəmləndirilməsi və regional təhlükəsizlik məsələlərinin həlli məqsədilə Ukrayna rəsmiləri ilə bir sıra mühüm görüşlər keçirmiş, Sıbiha ilə birgə mətbuat konfransında çıxış etmişdi.
Diplomatik mənbələr telefon danışığının digər təfərrüatları, habelə tərəflərin hər hansı xüsusi təşəbbüsü və ya növbəti görüşləri müzakirə edib-etmədikləri barədə əlavə məlumat verməyiblər.
News365.az