Pakistanın Xayber-Paxtunxva əyalətinin Tank şəhərində qanlı terror aktı törədilib. Hücum nəticəsində 15 nəfər həyatını itirib.
News365.az "Dawn" nəşrinə istinadən xəbər verir ki, həlak olanların 14-ü ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti rəsmi məlumat yayıb. Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib, faktla bağlı genişmiqyaslı əməliyyat başladılıb.