Sabiq məmuru Qubaya rəis təyin etdi

Sabiq məmuru Qubaya rəis təyin etdi
24 İyl 2026 20:15

Dövlət Turizm Agentliyinin Quba Regional Turizm İdarəsinə (Quba, Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarını əhatə edir) yeni rəis təyin edilib.

News365.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Ruslan İskəndər oğlu Haciyev həmin idarəyə rəis təyin olunub.

Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev əmr imzalayıb.

Qeyd edək ki, Ruslan Haciyev uzun illər Quba rayonu Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.


Sizin reklam burada
Sizin reklam burada