"Space" TV-nin yeni baş direktoru bu şəxs oldu

"Space" TV-nin yeni baş direktoru bu şəxs oldu
15:35

"Space" televiziyasına yeni baş direktor təyin edilib.

News365.az-ın məlumatına görə, "Space" televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib.  Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə iclas keçirib. Müvafiq tapşırıqlar verilib.  

Qeyd edək ki, "Space" TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Axar.az saytı "Space" televiziyasının bağlanacağı ilə bağlı xəbər yayımlamışdı. 


Sizin reklam burada
Sizin reklam burada