Sosial şəbəkələrdə təriqət problemi- Tural İrfan yazır
Aktual
09:14
Sosial şəbəkələrdə aqressiya nümayiş etdirib məzhəblərini söyüş və təhqir, şantajla yeritməyə çalışanların çoxu vəhhabilər və irançı rafizilərdir. Hər iki tərəf əxlaqa, dini dəyərlərə xidmət etmədiyini açıq şəkildə ortaya qoyur.
Vəhhabilərlə fars rafiziləri bir-biri ilə rəqabət mühiti yaradaraq sanki yarışa durublar. Qütbləşmə halında bir-birinə pas ötürüb hədəfə doğru, dövlətə, xalqa qarşı irəliləyirlər, baza yaradırlar, quyu qazırlar, başlarına kütlə toplayırlar.
Bunları yetişdirən, Camal Qaşıqçını kislotada əridib unitaza tökən təfəkkür, yaxud Tehranda edama məhkum edilmiş qızları əvvəlcə zorlayıb sonda asan təfəkkürdür. Bu vəhşi canavar toplumdan din, ilahi dəyərlər, əxlaq, humanizm gözləmək axta eşşəkdən bala gözləmək kimi şeydi.
Vəhhabizmin fəsadları artıq sosial şəbəkələrdə, internet televiziyalarında, yutub kanallarında özünü qabarıq şəkildə göstərir. Cəmiyyəti geriyə, orta əsr bədəvi ərəb dövrünə sürüyən, Əməvi dininə məcbur edən, elmə, dünyəvi təhsilə, dünyəvi quruluşa düşmən kəsilən, şəhidləri ziyarət etməyi özünə rəva görməyən bu vəhşi toplumun qarşısının alınmaması sonda yalnız İŞİD kimi terror təşkilatı doğurur.
Tarixdə vəhhabizmin problem yaratmadığı ölkə göstərin. Yoxdur. Uşaqları təhsildən yayındırıb kamikadze tərbiyəsində böyütmək, ömür boyu camaata müşrik, kafir kimi baxaraq nifrətlə yaşamaq öncə xəstəlikdir, virusdur, sonra da terrora aparan ən qısa yoldur. Bunu xarici düşmənlər yaydılar din adı ilə. Bu virusa yoluxanlar elə hesab edirlər ki, bu dindir. Halbuki din deyil, narkotikdən betər zəhərdir. Vəhhabizmin tərkibində əsl İslamdan heç iki faiz də yoxdur. Bu haradan din oldu? İç söhbətlərində müsəlmanları təkfir edib düşmən görən bu etiqada sahib olanların əxlaqının olmaması cəmiyyətin də əxlaqının pozulmasına gətirib çıxarır.
Öz sistemlərini qurub usdufca kök atırlar xalqın arasında. Digər xurafatçı toplum isə bunları guya hədəfə almaqla əksinə reklam edib diqqətə gətirir, dolayı yolla inkişaf etdirir.