“Azərbaycan ŞƏT-də etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir”- Samir Vəliyev

“Azərbaycan ŞƏT-də etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir”- Samir Vəliyev
11:12

Azərbaycan  beynəlxalq platformalarda uğurla təmsil olunur. Bu təmsilçilik ölkəmizin bir sıra dvidentlər qazanması baxımında olduqca əhəmiyyətlidir. Məlumdur ki, beynəlxalq platformalarda təmsilçilik, eyni zamanda, yeni tərəfdaşlar qazandırır. Artıq Azərbaycan dünyada etibarlı tərəfdaşlığı ilə seçilən bir ölkədir. Məhz buna görə də ölkəmizin beynəlxalq plataformalarda təmsilçiliyi hər zaman aktuallıq kəsb edir. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) təmsil olunmaq Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a deyib. 

Deputat bildirib ki, 31 avqust - 1 sentyabr tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti Çinin Tyançzin şəhərində keçiriləcək. ŞƏT-in sammitinə 20-dən artıq xarici dövlət rəhbəri və 10 beynəlxalq təşkilat dəvətlidir. Rəsmi Pekin bəyan edib ki, Çin beşinci dəfədir ŞƏT sammitinə ev sahibliyi edir və bu, təşkilatın yaranmasından bəri ən böyük tədbir olacaq. 

Xatırladaq ki, ŞƏT 2001-ci ildə təsis olunub. Azərbaycan təşkilatın dialoq tərəfdaşları sırasında xüsusi çəkiyə malikdir. Bu mənada Prezident İlham Əliyevin sammitə dəvəti böyük əhəmiyyət kəsb edir. Ölkəmizin yerləşdiyi strateji coğrafi mövqe təşkilat üçün mühüm əhəmiyyət daşıyır və bu barədə dəfələrlə digər dövlətlər tərəfindən etiraflar olunub. Çin lideri Si Cinpinin də Prezident İlham Əliyevə və ölkəmizə böyük etimadı var. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur.

Millət vəkilinin sözlərinə, ölkəmiz ŞƏT ilə əlaqələrin daha da inkişafı istiqamətində çox güclü səy göstərir. Azərbaycan bu platformada iştirak edərək bir tərəfdən regiondakı təhlükəsizlik məsələlərini, digər tərəfdən isə iqtisadi əməkdaşlıq və inkişafı daha da möhkəmləndirir. Bu baxımdan ŞƏT-in Tianjin şəhərində keçiriləcək 25-ci zirvə görüşü də dünya siyasətində mühüm hadisədir.


Sizin reklam burada
Sizin reklam burada