Lukaşenkodan liderlərə qeyri-adi HƏDİYYƏ - Sammitə kartof APARACAQ

Lukaşenkodan liderlərə qeyri-adi HƏDİYYƏ - Sammitə kartof APARACAQ
14:30

Belarus Prezidenti Aleksandr Lukaşenko Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə xarici liderlər üçün hədiyyə olaraq təzə kartof aparmağı planlaşdırır.

Bu barədə “BelTA” məlumat yayıb.

Bildirilib ki, hədiyyəlik kartof Lukaşenkonun şəxsi təsərrüfatında yetişdirilib. Liderlərə belarus sortlarından olan “Briz” və “Pershatsvet” nümunələri təqdim olunacaq.

Qeyd edək ki, Çinin Tyanjin şəhərində avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək sammitdə 20-dən çox dövlət başçısı və 10 beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.


Sizin reklam burada
Sizin reklam burada