SON DƏQİQƏ! Serbiya Prezidentinin təyyarəsi Bakıya təcili ENİŞ ETDİ

SON DƏQİQƏ! Serbiya Prezidentinin təyyarəsi Bakıya təcili ENİŞ ETDİ
07 May 2025 16:26

Serbiya Prezidenti Aleksandr Vuçiç Moskvaya səfər edərkən onun mindiyi təyyarə təhlükəsizlik səbəbilə Bakıya təcili eniş etməyə məcbur olub. 

News365.az xəbər verir ki, bu barədə məlumatı "Informer" nəşri yayıb.

Xəbərdə bildirilir ki, Vuçiçin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün planlaşdırdığı səfər zamanı, təyyarənin Rusiya hava məkanına daxil olması təhlükəli sayılıb.

Səbəb kimi isə bölgədəki gərgin vəziyyət, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumu və Rusiya hava hücumundan müdafiə (HHM) sistemlərinin fəaliyyəti nəticəsində təyyarənin vurulma riski göstərilir.

Məlumata görə, prezident Vuçiçin olduğu təyyarə Rusiya Federasiyası ərazisinə yaxınlaşarkən münaqişə zonasının üzərindən uçmaq təhlükəli hesab edilib. Uçuşun davam etdirilməsi mümkün risklərə görə dayandırılıb və təyyarə Azərbaycanın paytaxtı Bakıya təcili eniş edib.

Serbiya prezidentinin müşayiət etdiyi nümayəndə heyəti də hazırda Bakıdadır. "Informer"in məlumatına görə, Moskva səfəri artmaqda olan regional gərginlik fonunda təhlükəli qiymətləndirilib və təxirə salınıb.

Qeyd edək ki, Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Rusiya paytaxtına səfər etməlidir.


Sizin reklam burada
Sizin reklam burada