İnsan bədənində damarların ümumi uzunluğu on minlərlə kilometrə çatır. Buna baxmayaraq, onlar bir-birinə dolaşıb düyünlənmir. Bunun səbəbi damarların təsadüfi şəkildə deyil, dəqiq qurulmuş anatomik şəbəkə formasında yerləşməsidir.
News365.az xəbər verir ki, damarların ətrafında onları əhatə edən birləşdirici toxuma olur. Bu toxuma damarları öz yerində saxlayır, eyni zamanda onların bədən hərəkət etdikcə bir qədər sürüşməsinə və formasını dəyişməsinə imkan verir.
Arteriyalar, venalar və xüsusilə xırda kapilyarlar bir-birinə çox yaxın yerləşə bilər. Hətta kapilyarlar orqan və toxumaların içində sıx bir şəbəkə yaradır. Lakin onların elastik quruluşu və ətraf toxumalar damarların düyünlənməsinin qarşısını alır.
Yəni bədənimizin içində minlərlə kilometr damar olsa da, onların hər biri sanki əvvəlcədən çəkilmiş yollar üzrə hərəkət edir.