Çin Pekin ətrafında hava məkanı məhdudiyyəti yaradır

Çin Pekin ətrafında hava məkanı məhdudiyyəti yaradır
17 Sen 2026 21:40

Çin Pekin və ətrafında hava məkanında ciddi uçuş məhdudiyyətləri tətbiq etməyə hazırlaşır.

News365.az xəbər verir ki, qərar iyunun 26-da kiçik təyyarənin Pekindəki 108 mərtəbəli CITIC Tower binasına çırpılmasından sonra qəbul edilib. Hadisə nəticəsində pilot ölüb, 13 nəfər yaralanıb.

Yeni məhdudiyyətlər sentyabrın 20-dən qüvvəyə minəcək. Təxminən 280 min kvadratkilometr ərazini əhatə edəcək zona Pekin və Tyançzini, eləcə də Hebey əyalətinin böyük hissəsini əhatə edəcək.

Bu ərazidə yalnız kommersiya, əvvəlcədən icazə verilmiş biznes və fövqəladə uçuşlara icazə veriləcək. İcazəli hava gəmiləri müəyyən edilmiş marşrutlarla hərəkət etməli, dispetçerlərlə fasiləsiz əlaqə saxlamalı və elektron izləmə sistemlərindən istifadə etməlidir.

Beləliklə, Çin paytaxt və ətrafındakı hava məkanına nəzarəti əhəmiyyətli dərəcədə gücləndirərək uçuş təhlükəsizliyini artırmağa çalışır.



Sizin reklam burada
Sizin reklam burada