Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərə müraciət edib.
News365.az xəbər verir ki, AYNA sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.
Qeyd olunub ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarla sentyabrın 16-da 127 000-dən çox sərnişin daşınıb. Təkcə "28 May" Nəqliyyat Mübadilə Mərkəzindən 200 000-dən çox sərnişin istifadə edib.
Müraciətdə sərnişinlərdən avtobus gözləyərkən avtomobil yolunda deyil, səkidə dayanmaları xahiş olunub. Bildirilib ki, bu, avtobusların dayanacağa maneəsiz və təhlükəsiz yaxınlaşması üçün vacibdir.
Həmçinin avtobuslara minərkən növbəyə riayət etməyin daha sürətli girişə və avtobusun daha tez yola düşməsinə imkan verdiyi vurğulanıb.