Sərgi açılış zamanı "satanizm" iddiası ilə bağlandı

Sərgi açılış zamanı "satanizm" iddiası ilə bağlandı
14:51

Ultramodern İncəsənət Qalereyası Kazanda rəssam İvan Stanın “Sonsuzluğun Sonluğu” adlı sərgisini bağlayıb. Bu barədə Rusiya Telegram kanalları qalereyanın kuratoruna istinadən məlumat yayıb. 


Onların sözlərinə görə, qalereya direktoru Stanın rəsmlərini bəyənməyib. Nəşr əsərlərin çıxarılmasının tələb olunduğu yazışmaları da dərc edib. Qurumun direktoru bildirib ki, rəssamın rəsmləri “bir növ satanizmdir”. Qalereyanın “VKontakte” qrupu sərginin texniki səbəblərə görə dayandırıldığını bildirib.


Stan VKontakte-də sərgisinin bağlanmasını şərh edib. O, fəaliyyətinə görə "rədd edildiyini" təsdiqləyib. Yaradıcı hətta zarafat edib ki, o, “qalmaqallı rəssam” sayılır.

Tural