Serbiyada prezident seçkilərinin mümkün tarixi açıqlanıb

Serbiyada prezident seçkilərinin mümkün tarixi açıqlanıb
15:50

Serbiyada prezident seçkiləri dekabrda və ya yanvarda, ən geci fevralın əvvəlində keçiriləcək.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.

"Parlament seçkiləri oktyabrda baş tutarsa, prezident seçkilərinin dekabrın sonu və ya yanvarın əvvəlində keçirilməsi mümkündür. Parlament seçkiləri noyabrda olarsa, prezident seçkiləri mütləq yanvarda, bəlkə də, ən geci fevralın əvvəlində keçiriləcək", - o qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada