İran İraq Kürdüstanı Regionunda yerləşən müxalif kürd qruplaşmalarının mövqələrinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə 88 zərbə endirib.
Bu barədə məlumatı SEPAH-ın rəsmi telegram kanalı yayıb.
Hücumlar çərçivəsində Ərbil vilayəti 66 PUA və 2 raket zərbəsinə, Süleymaniyyə vilayəti isə 10 raket və 9 PUA zərbəsinə məruz qalıb.
Raketlərdən birinin hissələri Hələbçə vilayəti ərazisinə düşüb.
Regionda gərginlik yüksək həddə çataraq digər ölkələrə də təsir edir. İordaniya tərəfi İraqa xəbərdarlıq edərək, "Həşdi-Şəbi" qüvvələrinin İordaniya ərazisinə hücum etmək niyyətində olduğu barədə məlumat verib.