Şəkidə 16 yaşlı yeniyetmə bıçaqlandı - YENİLƏNİB

Şəkidə 16 yaşlı yeniyetmə bıçaqlandı - YENİLƏNİB
27 Mar 2025 12:26

Ötən gün Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2009-cu il təvəllüdlü 1 nəfər (kişi) hospitalizasiya olunub.

News365.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, şəxsə zəruri tibbi xidmətlər göstərilib və əməliyyata götürülüb.

Qeyd olunub ki, hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

***

Şəkidə 16 yaşlı yeniyetmə bıçaqlanıb.

News365.az xəbər verir ki, hadisə Şəki şəhər ərazisində baş verib.

Belə ki, 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs
polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.



Sizin reklam burada
Sizin reklam burada