Samuxda kişi yıxılaraq ölüb

Samuxda kişi yıxılaraq ölüb
20 Apr 2026 19:20

Samux sakini bədbəxt hadisə nəticəsində ölüb.

News365.az xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 43 yaşlı Yavər Məmmədov həyətində çardağı təmir edən zaman yıxılıb. Ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma başladılıb.


Sizin reklam burada
Sizin reklam burada