“Ölü ürək” körpəyə həyat verib

“Ölü ürək” körpəyə həyat verib
22:00

Cərrahlar transplantasiya sahəsində mühüm irəliləyişə imza atıblar. 

News365.az xəbər verir ki, ilk dəfə fəaliyyəti tam dayanmış, “ölü ürək” yenidən işə salınaraq bir körpəyə köçürülüb.

Məlumata görə, əməliyyat zamanı DCD (donation after circulatory death) metodundan istifadə olunub. Bu yanaşmada ürəyi tam dayanmış donor orqanı xüsusi texnologiya ilə yenidən canlandırılır və transplantasiya üçün yararlı hala gətirilir.

Böyüklər üzərində tətbiq edilən bu üsulun körpələrdə ilk dəfə uğurla həyata keçirildiyi bildirilir. 

Həkimlər hesab edir ki, bu texnologiya gələcəkdə donor orqan çatışmazlığını təxminən 30% azalda bilər.



Sizin reklam burada
Sizin reklam burada