"Sampdoriya"nın hücumçusu Azərbaycan millisində

"Sampdoriya"nın hücumçusu Azərbaycan millisində
23 May 2026 23:20

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

News365.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda "Neftçi"nin yetirməsi, hazırda İtaliyanın "Sampdoriya" klubunun aşağı yaş qrupları üzrə komandasında çıxış edən Lorenzo Mezzotero da var.

19 yaşlı italiyalı hücumçu Azərbaycan yığmasına cəlb olunub.

Qeyd edək ki, U-21 mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Komandamız Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. "Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.


Sizin reklam burada
Sizin reklam burada