Bakı–Sumqayıt yolunda avtomobil yanıb

Bakı–Sumqayıt yolunda avtomobil yanıb
21:00

Bakının Binəqədi rayonunda, Bakı–Sumqayıt şosesində avtomobillərdən birində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən News365.az-a verilən məlumata görə, hadisə "Şamaxinka" tunelindən çıxış hissəsində qeydə alınıb.

Yanğın səbəbindən həm "Xırdalan" dairəsi, həm də metronun "20 Yanvar" stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.


Sizin reklam burada
Sizin reklam burada