Kreml NATO-nun Ankara sammitini diqqətlə izləyir

Kreml NATO-nun Ankara sammitini diqqətlə izləyir
16:10

Kreml NATO-nun Ankarada keçirilən sammitindən gələn bütün məlumatları diqqətlə izləyəcəyini açıqlayıb.

News365.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, sammitə hazırlıq dövründə Rusiya ilə bağlı çoxsaylı bəyanatlar səsləndirilib.

“Bu sammitə hazırlıq kontekstində ölkəmizə aid çoxlu bəyanatlar eşitdik. Təəssüf ki, bunlar dialoqa yönəlmiş deyil, konfrontasiya xarakterli açıqlamalar idi. İndi isə baxacağıq ki, bunlar hansı sənədlərdə öz əksini tapacaq və sammit çərçivəsində keçiriləcək ikitərəfli görüşlərdə nələr deyiləcək”, – Peskov bildirib.

Qeyd edək ki, NATO-nun Ankara sammitində Ukraynadakı müharibə, Alyansın müdafiə siyasəti və Rusiyaya qarşı təhlükəsizlik tədbirləri əsas müzakirə mövzularındandır.


Sizin reklam burada
Sizin reklam burada