Emosiyaları anlayan robot satışa çıxarılır

Emosiyaları anlayan robot satışa çıxarılır
22:40

Çinin UBtech Robotics şirkəti emosiyaları təxminən 90% dəqiqliklə tanıya bilən yeni UWORLD U1 humanoid robotunu təqdim edib.

News365.az xəbər verir ki, robot əsasən tək yaşayan insanlara yoldaşlıq etmək və psixoloji dəstək göstərmək məqsədi ilə hazırlanıb. 

Cihazın üz ifadələri və dodaq hərəkətlərinin sinxron işlədiyi, danışıq zamanı isə cəmi 20 millisaniyə gecikmə ilə reaksiya verdiyi bildirilir.

Şirkətin açıqlamasına görə, UWORLD U1 modelinin satış qiyməti 16 500 ABŞ dollarından başlayacaq.


Sizin reklam burada
Sizin reklam burada