Səudiyyə Ərəbistanı Hörmüz boğazından asılılığı azaltmaq məqsədilə ölkənin şərqini Qırmızı dəniz sahili ilə birləşdirən Şərq–Qərb (East-West) neft kəmərinin ötürmə gücünün əhəmiyyətli dərəcədə artırılması imkanını nəzərdən keçirir.
New365.az xəbər verir ki, layihə neft ixrac marşrutlarının təhlükəsizliyini gücləndirməyə və həm Səudiyyə Ərəbistanı, həm də digər Körfəz ölkələri üçün alternativ ixrac xətti yaratmağa hesablanıb.