Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş keçirilir.
News365.az xəbər verir ki, görüş Ankaradakı Prezident Sarayında baş tutur.
Türkiyə lideri Donald Trampı Ankarada qarşılamaqdan məmnunluğunu ifadə edib.
ABŞ lideri isə, öz növbəsində, Ərdoğanın bütün dünyada xüsusi hörmətə malik olduğunu deyib.
O, Türkiyənin güclü bir dövlət olduğunu vurğulayıb. Xüsusilə də R.T.Ərdoğanın rəhbərliyi ilə ölkənin hərbi müdafiə sənayesinin xeyli inkişaf etdiyini qeyd edib.
"İkitərəfli görüşümüz zamanı bir çox məsələləri müzakirə edəcəyik", - o əlavə edib.