Seneqal parlamentində hamilə qadın deputata qarşı törədilən amansız hücumun məhkəmə prosesi başa çatıb.
News365.az xəbər verir ki, parlamentin iclası zamanı həmkarı Ami Ndiayeyə hücum edərək onun qarnına təpik vuran müxalifətçi deputatlar – Mamadou Nianq və Masata Samb barəsində hökm oxunub. Məhkəmənin qərarı ilə hər iki millət vəkili 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bununla yanaşı, təqsirləndirilən deputatlar zərərçəkmiş Ami Ndiayeyə təzminat qismində təxminən 8 100 ABŞ dolları məbləğində cərimə ödəməli olacaqlar.
Hadisənin təfərrüatına gəlincə, dava-dalaşa deputat Ami Ndiayenin müxalifət düşərgəsinə yaxınlığı ilə bilinən tanınmış bir dini xadimi tənqid etməsi səbəb olub. Aldığı zərbədən sonra huşunu itirən və xəstəxanaya yerləşdirilən hamilə deputatın bətnindəki körpəsini itirmə riski yaranıb.
Zərərçəkmiş artıq xəstəxanadan evə buraxılsa da, onun səhhətindəki problemlərin hələ də ciddi olaraq qaldığı bildirilir.