Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.
News365.az xəbər verir ki, hadisə Salyan şəhərinin ərazisində qeydə alınıb.
“KamAZ” markalı yük avtomobili ilə “Hyundai” markalı avtomobil toqquşub. Avtomobildə olan Salyan şəhər sakini, 1963-cü il təvəllüdlü Aydın Axundov ölüb, bir nəfər isə xəsarət alaraq Salyan rayon xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.