Bu gündən altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi
başlayır.
Bu barədə News365.az-a müsabiqənin işçi
qrupundan məlumat verilib.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi
olan “yukselish.az” vasitəsilə həyata keçirilir. Müsabiqəyə müraciətlər aprelin
16-dək davam edəcək.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına
əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan
perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə
kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən
2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.