Naxçıvanda mülki infrastruktura dron hücumu ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4 maddəsi üzrə cinayət işi başlanıb.
News365.az xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, martın 5-də İran İslam Respublikasının ərazisindən
uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz
uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar
Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücumun həyata keçirilməsi
faktı üzrə Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq) və
270-1.3-cü (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddələri ilə
cinayət işi başlanaraq ibtidai istintaq aparılır.