İranın liderinin seçilməsində şəxsən özüm iştirak edəcəm.
News365.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Axios" nəşrinə müsahibəsində deyib.
O İranın həlak olmuş ali dini lideri Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xameneini “yüngül çəkili” adlandırıb.
Qeyd olunur ki, media həmin şəxsi İran İslam Respublikasının lideri postuna ən ehtimal olunan namizəd kimi göstərir.