Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30MKI qırıcı təyyarəsi Assam ştatının Jorhat şəhərindən planlı uçuş zamanı itkin düşüb.
News365.az xəbər verir ki, təyyarənin yerli sakinlərin partlayış səsi eşitdiklərini bildirdiyi Karbi Anqlonq rayonunun ucqar ərazisində qəzaya uğradığı ehtimal olunur.
Məlumata görə, hadisə ilə bağlı axtarış-xilasetmə qrupları əraziyə göndərilib.