Ərdoğan: İrana lazımi xəbərdarlıq etdik

Ərdoğan: İrana lazımi xəbərdarlıq etdik
22:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Türkiyə ərazisinə atdığı raketlə bağlı Ankaranın mövqeyini bir daha açıqlayıb.

News365.az xəbər verir ki, Ərdoğan bu barədə çıxışında danışıb.

O bildirib ki, baş verən hadisə ilə bağlı Türkiyənin həssas mövqeyi açıq şəkildə qarşı tərəfə çatdırılıb.

“Dünən baş verən hadisə ilə bağlı həssaslığımızı çox açıq şəkildə göstərdik və bunun təkrar olunmaması üçün lazımi xəbərdarlıqları etdik. İlk gündən bəri sülh üçün göstərdiyimiz səylər ortadadır. Heç kim qonşuluq və qardaşlıq hüququna zərər verən yanlış mövqe tutmamalıdır”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan əlavə edib ki, Türkiyə hər cür təhdidə qarşı müttəfiqləri ilə birlikdə hərəkət edəcək.


Sizin reklam burada
Sizin reklam burada