İsrai və ABŞ-nin İrana hava zərbələri endirməsindən sonra başlayan müharibənin
artıq 6-ci günüdür. Tərəflərin verdiyi açıqlamalardan bəlli olur ki, bu dəfə əməliyyatlar
qısa müddət ərzində bitməyəcək. Müharibə nə qədər uzana bilər? Toqquşmaların
uzanması tərəflər üçün hansı çətinliklər yaradır?
News365.az-ın qonağı olan təhlükəsizlik üzrə ekspret İlham
İsmayıl bu suallara cavab verib. Ekspert bildirib ki, müharibənin yeni
başlamasına baxmayaraq artıq hər iki tərəf müəyyən çətinliklərlə qarşılaşır:
“İranın qarşılaşdığı əsas çətinlik hava məkanını qoruya bilməməsidir. Belə
davam edərsə bir müddət sonra İran hava məkanına nəzarəti tam itirəcək. Bu da o
deməkdir ki, artıq heç bir roket kompleksindən istifadə edə bilməyəcək. İkinci
çətinlik isə sursatla baxlıdır. İran məhdud sayda raketə sahibdir və məlumatlara
görə artıq 500 balistik raket istifadə edilib. İsrail Kkəşfiyyatı İranda cəmi
2500 belə raket olduğunu açıqlayıb. Məlumatlar doğrudursa, İran cəmi bir həftəyə arsenalının 5-də 1-ni
işlədib”.
Ekspert
ABŞ-nin də qarşılaşdığı çətinliklərdən danışıb:
“Artıq 10 ABŞ əsgərinin meyiti ölkəyə göndərilib. Çoxdandır ki, ABŞ bu sayda hərbçi
itirmir. Cəmiyyət buna necə reaksiya verəcək hələ bəlli deyil. Lakin siyasi
etirazlar artıq başlayıb. Bildirilir ki, hücum konkresindən icazə alınmadan başladılıb.
Hətta respublikaçıların da daxilində bu hüçumu tənqid edənlər var. Düzdür
ABŞ-nin potensialı böyükdür. Lakin hökümət bu potensialın nə dərədcədə istifadə
edilməsinə icazə verəcək? Bu sual hələ ki, cavabsız qalır. Müharibə uzanrsa Trampın
üzləşəcəyi problemlər artacaq”.