Ermənistanın Baş nazir aparatının rəhbəri Araik Arutyunyan bildirib ki, İrandakı vəziyyət Cənubi Qafqaz regionuna mənfi təsir göstərir.
KONKRET. az xəbər verir ki, Ermənistanda mümkün mənfi nəticələrin minimuma endirilməsi məqsədilə xüsusi işçi qrupu yaradılıb və vəziyyət daimi olaraq izlənilir.
“Regionda, Ermənistanın birbaşa yaxınlığında baş verən hadisələr kifayət qədər ciddi xarakter daşıyır və ümumilikdə regionun inkişafına mənfi təsir göstərir və göstərməyə davam edəcək”, – deyə o, vurğulayıb.
O,həmçinin qeyd edib ki, İrəvan və Tehran arasında sıx əlaqələr mövcuddur və hazırkı Orta Şərqdəki eskalasiya ikitərəfli əməkdaşlığa təsirsiz ötüşə bilməz.
“Biz bütün sahələrdə kifayət qədər sıx əməkdaşlığa malikik və indiki vəziyyət, əlbəttə, bu proseslərə, xüsusən də iqtisadi sahəyə təsir göstərir. Biz bu təsirləri yumşaltmaq üçün əlimizdən gələni edirik”, – Arutyunyan əlavə edib.