2 günlük körpə ölüb

2 günlük körpə ölüb
18:30

Ötən gün Abşeron rayonunda ikigünlük körpə ölüb.

News365.az- a Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 1981-ci il təvəllüdlü şəxs martın 2-si saat 12:30 radələrində dölyanı mayenin axması ilə və doğuş fəaliyyətinin başlanması fonunda, uşaqlıq boynunun 3 sm. açılışı ilə xəstəxananın Ginekologiya və doğum şöbəsinə qəbul edilib.


“Hamiləliyin 36-cı həftəsində 5-ci hamiləlik, 3-cü doğuş olaraq operativ üsulla vaxtından əvvəl doğuş həyata keçirilib.

Yenidoğulan körpənin (kişi) doğuş zamanı çəkisi 3 400 qram təşkil edib. İlkin olaraq respirator distress sindromu (RDS) diaqnozu təyin edilib. Müalicə prosesi zamanı körpədə pulmonar hipertenziya və sonradan ağciyər qanaxması qeydə alınıb. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, körpənin ötən gün saat 19:40 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Zəruri tibbi xidmətlər göstərilən zahı qadının isə vəziyyəti stabil qiymətləndirilib və martın 4-ü saat 21:30 radələrində ambulator müalicə üçün evə buraxılıb.



Sizin reklam burada
Sizin reklam burada