Ülfət Tağıyev Rusiyada DÖYÜLDÜ - FOTOLAR

Ülfət Tağıyev Rusiyada DÖYÜLDÜ - FOTOLAR
26 Noy 2024 16:56

Noyabrın 2-nə keçən gecə Rusiyanın Moskva vilayətində Azərbaycan mafiyasının nümayəndələri arasında növbəti kriminal qarşıdurma baş verib. 

News365.az bildirir ki, "qanuni oğru" Ülfət Tağıyevin (Rufo) tapşırığı ilə onun ən yaxın silahdaşları - Maqomed adlı qardaşı, Fuad Sumqayıtski, Saxır İmişlinski və Nəbi Moskva vilayətinin Reutovo şəhərində yerləşən "Mendel" kafesində kriminal avtoritet Arif Babayevi ölümcül döyüblər. Onun vəziyyətinin hələ də son dərəcə ağır olduğu bildirilir.  Məlumata görə, Babayev "Sirota" ləqəbli avtoritet Sabir Rufonu söyüb gülən zaman onun yanında olduğu üçün döyülüb. Arifi döyəndə ondan tələb ediblər ki, "qanuni oğru" Rufonun əzəli düşməni Namiq Səlifovu aşağılasın.  Qeyd edək ki, rus mediasının yaydığı məlumata görə, Ülfət Tağıyev ölkəyə girişi qadağan olunsa da, Rusiyaya girib. Bundan sonra azərbaycanlı avtoritetlər arasında yenidən qarşıdurmalar yaranıb.


Youtube kanalımız

Oxşar xəbərlər