İranda baş verən zəlzələ Ordubad rayonunda hiss edilib.
News365.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, Ordubad stansiyasından 50 km cənub-şərqdə İran ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Ordubad şəhərində 3 bala qədər hiss olunub.
Qeyd edək ki, Mərənd şəhərində qeydə alınan zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.