Rusların yay hücumunun hədəfi bu şəhərdir

Rusların yay hücumunun hədəfi bu şəhərdir
06 İyn 2025 22:15

Rusiyanın yay hücumunun birbaşa məqsədi Konstantinovkanın tutulmasıdır.


News365.az xəbər verir ki, bu barədə Britaniyanın “Telegraf” nəşri yazıb.


“Putinin əsas məqsədi bütün Donetsk vilayətini işğal etməkdir. Şəhər avtomobil və dəmir yollarının əsas kəsişməsində yerləşir və Ukrayna Silahlı Qüvvələrinin Donbasdakı əsas xəttinin tərkib hissəsidir. Onun itkisi təchizatı çətinləşdirəcək və potensial olaraq Kramatorsk şəhərini Rusiya artilleriyasının əhatə dairəsinə salacaq. Bəzi Ukrayna hərbi mənbələri şəhərin itirilə biləcəyini etiraf edir, lakin onlar bunun fəlakət olmayacağına inanırlar. Onların fikrincə, Rusiya strateji balansda ciddi dəyişikliyə nail olmadan küçə döyüşlərində böyük itkilər verəcək”, - məlumatda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada