Rusiyalı hücumçu yeni rekorda imza atdı

Rusiyalı hücumçu yeni rekorda imza atdı
06 Apr 2025 23:59

"Vaşınqton Kepitals" hokkey komandasının rusiyalı hücumçusu Aleksandr Oveçkin "Nyu York Aylenders"ə qarşı oyunda NHL karyerasında 895-ci qolunu vurub.


News365.az xəbər verir ki, beləliklə, rusiyalı hokkeyçi Ueyn Qretzkiyə (894) məxsus olan liqanın müntəzəm çempionatlarında qol sayına görə tarixi rekordu yeniləyib.


A.Oveçkin 2005-ci ildən NHL-də oynayır və onun liqadakı bütün karyerası "Vaşinqton"da keçib. Bu komandanın tərkibində 39 yaşlı rusiyalı oyunçu 2018-ci ildə Stenli Kubokunu qazanıb.


Sizin reklam burada
Sizin reklam burada