Rusiyada pələnglər kənd sakinlərini qorxuda saxlayır - VİDEO

Rusiyada pələnglər kənd sakinlərini qorxuda saxlayır - VİDEO
11:18

Rusiyanın Yəhudi Muxtar Vilayətinin (EAO) Alekseyevka kəndi yaxınlığında sərgərdan gəzən vəhşi pələng görünüb. Bu barədə Birobidjan rayon administrasiyası özünün Telegram kanalında məlumat yayıb.


Qeyd edilib ki, müvafiq qurumlar pələngin yaxalanması üçün tədbirlər görürlər. Adminstrasiya yerli sakinlərdən diqqətli olmağa və ev heyvanlarını -mal-qara, it, pişik və s. qapalı yerlərdə saxlamağa çağırıb. Rəhbərlik həmçinin insanları gecələr küçəyə çıxmamağa, uşaqları nəzarətsiz buraxmamağa çağırıb.


Xatırladaq ki, fevralın sonunda Primoryedə ov müfəttişləri atlara hücum edən pələngi tutmuşdular. Meşə Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yırtıcı ovçuluq nəzarəti xidmətinin və “Zemlya leoparda” təşkilatının birgə mütəxəssis qrupu tərəfindən tutulub. Qeyd olunub ki, iri erkək amur pələngi fevralın 27-nə keçən gecə Nadejdinski rayonunun Tixiy kəndi yaxınlığında zərərsizləşdirilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada