Rusiyada eyni anda iki zəlzələ baş verdi

Rusiyada eyni anda iki zəlzələ baş verdi
09 May 2025 15:02

Rusiyanın Kamçatka vilayətində eyni anda iki zəlzələ baş verib.

News365.az xəbər verir ki, ölkə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, zəlzələlərdən birinin gücü 5,1 bal olub. Zəlzələnin episentri Avaçinski körfəzi ərazisində yerləşib.

Kraterin dərinliyi 58 km-dir. Zəlzələ Petropavlovsk-Kamçatskda 3 bal gücündə hiss edilib.

İkinci zəlzələ 4,6 bal gücündə olub. Petropavlovsk-Kamçatskda 2 bal gücündə hiss olunub.


Sizin reklam burada
Sizin reklam burada