Rusiya BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası üçün sorğu göndərib.
News365.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
“Qərbli həmkarlarımız Ukraynadakı münaqişənin 3-cü ildönümü ilə əlaqədar fevralın 24-də görüş istədilər. Biz də dərhal Minsk tədbirlər paketini təsdiqləyən Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsinin qəbulunun 10-cu ildönümü ilə əlaqədar fevralın 17-də görüş üçün sorğu göndərdik”, - Polyanski qeyd
edib.