Rusiya Trampın Ukrayna münaqişəsinə dair fikri ilə razılaşmadı

Rusiya Trampın Ukrayna münaqişəsinə dair fikri ilə razılaşmadı
06 İyn 2025 16:53

Rusiya tərəfi ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin “iki uşaq arasında döyüş” olması ilə bağlı sözləri ilə razılaşmır.

News365.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya üçün bu, milli maraqlar və təhlükəsizlik məsələsidir.

"Mən belə düşünmürəm. ABŞ prezidentinin, şübhəsiz ki, öz nöqteyi-nəzəri ola bilər. Bizim üçün bu, ekzistensial məsələdir, bu, milli maraqlarımız məsələsidir, bu, təhlükəsizliyimiz, gələcəyimiz və uşaqlarımızın gələcəyi, ölkəmizin gələcəyi məsələsidir. Məhz buna görə xüsusi hərbi əməliyyat həyata keçirilir. Bu əməliyyat problemlərin siyasi və diplomatik vasitələrlə həlli üçün bütün imkanlar tükənəndən sonra həyata keçirilir", - Kremlin sözçüsü vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada