“Rusiya Qarabağ kartını əvvəlki kimi artıq istifadə edə bilmir” - Əlimusa İbrahimov

“Rusiya Qarabağ kartını əvvəlki kimi artıq istifadə edə bilmir” - Əlimusa İbrahimov
14:40

“Rusiya Qarabağ kartını əvvəlki kimi artıq istifadə edə bilmir” .

Politoloq Əlimusa İbrahimov News365.az-a bildirib ki, Rusiya regionda əvvəlki təsir imkanlarını qorumaqda çətinlik çəkir və bunun nəticəsində danışıqlarda daha yumşaq mövqe nümayiş etdirir.

News365.az xəbər verir ki, İbrahimovun sözlərinə görə, əvvəlki illərdə Rusiya Qarabağ kartından istifadə edərək həm Azərbaycan, həm də Ermənistan üzərində geosiyasi təsirini saxlayırdı. “Son dönəmlərdə bu mexanizmlər artıq əlində deyil. ABŞ-ın iştirakı və Trampın vasitəçiliyi isə vəziyyətin daha da yumşalmasına gətirib çıxarıb,” – deyə politoloq vurğulayıb.

O əlavə edib ki, Rusiyanın hazırkı davranışı regiondakı danışıqların gedişini daha yumşaq və ölçülü edir, lakin əvvəlki illərdə olduğu kimi tam nəzarət imkanları yoxdur.

News365.az


Sizin reklam burada
Sizin reklam burada