Rusiya hərbçiləri 65 806 pilotsuz uçuş aparatı vurub

Rusiya hərbçiləri 65 806 pilotsuz uçuş aparatı vurub
13:52

Ötən həftə Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (VSU) 1221 pilotsuz təyyarəsini vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


"32 JDAM idarəolunan aviabombası və ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəş sisteminin iki raketi də vurulub", - məlumatda deyilir.


Bundan başqa, Ukraynanın uzaqmənzilli “Neptun” raketi  vurulub.


Ümumilikdə, müharibə başlayandan hava hücumundan müdafiə sistemləri tərəfindən 65 806 pilotsuz uçuş aparatı vurulub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada